Ölkə

Oğrulara qarşı daha sərt cəzalar tətbiq olunacaq

4 May 2016 19:20
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda oğurluq edənlərə qarşı cəzalar sərtlərşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 177.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə hazırda yüz manatdan yeddi yüz manatadək nəzərdə tutulan cərimənin beş yüz manatdan min manatadək məbləğdə müəyyən edilməsi təklif edilir.

Qeyd edək ki, həmin maddədə həmçinin oğurluğa görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.