Ölkə

Milli yeməklər pasportlaşdırıldı

4 May 2016 18:02
0 Şərh     Baxış: 2 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq bir neçə əsas milli yemək və xörəklərimiz patent əldə edib, onları pasportlaşdırmışıq. Amma hələ də qalan yeməklərin pasportlaşdırılması istiqamətində işlər gedir. Yeməklərin pasportlaşdırılması ilə bağlı müvafiq dövlət orqanları ilə işləyirik. Bu, elə də asan iş deyil.

Milli.Az bildirir ki, bunu modern.az -a açıqlamasında Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov milli yeməklərin pasrtporlaşdırmasından danışarkən söyləyib.

Mərkəzin baş direktoru bildirib ki, Cənubi Qafqaz kulinariyasının kökündə Azərbaycan yeməkləri durur:

"Bu gün Cənubi Qafqaz regionunda olan xalqlar və millətlərin bişirdikləri yeməklərin kökündə Azərbaycan mətbəxi durur. Həmin yeməklərin hər birinin özünün yaranma tarixi, müəllifi, texnoloji üsulları var.
Bəzi yemək və xörəklər var ki, hələ də Azərbaycanın hansı bölgəsinə aid olması dəqiqləşdirilməyib. Bunların da üzərində işlər gedir.

4000 növ mili yemək və xörəklər toplaya bilmişik. Hələ qədimdən gələn yeməkləri müəyyənləşdirmək o qədər də asan deyil. Qədim mənbələr araşdırılmalıdır və bu da kifayət qədər maliyyə tələb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.