Ölkə

Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıt sakini tutuldu

4 May 2016 17:39
1 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü Samir Osmanova sovqat gətirən dostu Ruslan İlyasov saxlanılb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Ruslan İlyasovun gətirdiyi sovqatdan 5,8 qram tiryək aşkar olunaraq götürülüb.

Xaırladaq ki, Samir Osmanov 2015-ci ilin noyabr ayında həbs edilib. Sumqayıt şəhərində mənzillərdən və mağazalardan oğurluq edən S.Osmanov bunu narkotikə olan təlabatını ödəmək üçün etdiyini demişdi. 

"Bu narkotik bəladır da, Allah hamının köməyi olsun" deyərək, həbxsana yolunu seçən S.Osmanov bununla artıq üçüncü dəfədir ki, məhkumluq həyatı yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.