Ölkə

Bakıda analoqu olmayan "yenilik" yoxa çıxdı - FOTO

4 May 2016 16:54
0 Şərh     Baxış: 2 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə Bakıda dünyada analoqu olmayan ödəmə terminallarının peyda olduğunu yazmışdıq.

Milli.Az-ın məlumatına görə, paytaxtın Azneft dairəsindəki yeraltı piyada keçidindəki ödəmə terminalları digərlərindən fərqli olaraq "qeyri-adi xidmət funksiyası"na malik olub. Belə ki, həmin terminallar müxtəlif təyinatlı ödəmə aparmaqla yanaşı, zibil qutusu rolunu da oynaya bilirdi. İnsanlar terminalda əməliyyat apardıqdan sonra çıxan qəbzi və ya əlinizdəki digər zibili cihaza calaq edilmiş "zibil qutusu"na da ata bilirdilər. (http://news.milli.az/country/430025.html)

Milli.Az-ın kommunal xidmət sektorundakı bu "analoqsuz inkişaf" barədə satirik tərzdə yazılmış tənqidi məqaləsindən sonra müvafiq qurumlar dərhal reaksiya verərək səhvlərini düzəldiblər.

Milli.Az xəbər verir ki, artıq ödəmə terminallarına pərçimlənmiş karton "zibil qutuları" sökülüb, əvəzində cihazların yanına normal zibil qutusu qoyulub.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.