Ölkə

Bakıda şadlıq evlərinin "qara günləri" başladı

4 May 2016 17:30
1 Şərh     Baxış: 4 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməməsi ilə bağlı qəribə bir ənənə var. Çoxları bu ənənənin səbəbini bilməsə də, mayda toy-nişan eləməyə isti yanaşanları az qala barmaqla saymaq olar. Bəzi iddialarda may "boş ay" kimi xarakterizə olunur, kimlərsə bu ayı "ağır ay" kimi qələmə verir, hətta çoxlarının əməl etdiyi ənənəni dinlə əlaqələndirənlər də var və s... Rayonlardan fərqli olaraq Bakıda bu qəribə ənənəyə daha çox əməl edirlər. 

Elə bu səbəbdən də yenicə qədəm qoyduğumuz may ayında Bakıdakı şadlıq saraylarının "qara günləri" başlayıb. Belə ki, paytaxtdakı şadlıq sarayları və restoranların sifarişləri əvvəlki aylarla müqayisədə 70-80, hətta 90 faiz azalıb.

Milli.Az bildirir ki, modern.az vəziyyətini öyrənmək üçün Bakıda yerləşən bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. Bu obyektlərin adminstratorları vəziyyətdən necə deyərlər, şikayətləniblər. 

"Kolizey" şadlıq sarayı: "May ayında toy sifarişlərimiz olur. Ancaq digər aylarla müqayisədə sifarişlərin sayı kəskin azalıb".

"Sonalar Sonası": "Toy sifarişlərimiz olur. Amma digər aylara baxanda azdır".

"Qızıl Tac": "Toy sifarişlərinin sayı xeyli azalıb".

"Xəmsə": "Əksinə, sifarişlərdə başqa aylara nisbətən artım var".

"White Palace": "Sifarişlərdə dəyişiklik yoxdur. Digər aylarla eynidi".

"Gənclik": "Toy sifarişləri olur, ancaq digər aylara baxanda azalma var".

"Çingizxan": "May ayı üçün toy sifarişi verilməyib".

"Monte Karlo": "Mayda toy etmirlər, ya da 1-2 sifariş ola-olmaya...".

"Xan Bağı": "Bəli, may ayında toy sifarişləri olur. Sifarişlərdə hətta artım da hiss olunur".

"Yeganə": "Sifarişlər var,  amma çox azdı".

Dini ekspertlər isə mayda toy edilməməsinin dini əsası olmadığını, İslamda buna hansısa qadağa qoyulmadığını bildirir, kimlər tərəfindənsə ortaya atılan bu ənənəni qondarma adət hesab edirlər. 

Folklor İnstitutunundan da mayın "boş ay" olduğu və bu ayda xeyir-bərəkətin olmadığı barədədki iddialar təkzib edilib. Bildirlib ki, ortaya atılan bu iddiaları hələ heç kəs əsaslandıra bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.