Ölkə

Yaralı zabitimizə süni göz köçürüləcək

4 May 2016 16:05
14 Şərh     Baxış: 2 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamilə yeni protez ayaq qoyulub.

Milli.Az femida.az-a istinadən bildirir ki, bu barədə Kamil Müsəvi özü məlumat verib.

Baş leytenant zədəli olan gözünün bərpası üçün mayın 8-də Türkiyəyə gedəcəyini bildirib.

"Müdafiə Nazirliyinin maddi və mənəvi dəstəyi ilə yeni protez ayaq qoyulub. Dövlətimizdən və vətəndaşlardan çox razıyam. Bir an belə məni diqqətdən kənarda qoymadılar. Bildiyiniz kimi mən həmin vaxt sol gözümü və ayağımı itirmişdim. Digər ayağım və qolum isə ciddi zədələnmişdi. Dövlətim maddi dəstəyi ilə mənə protez ayaq qoyumdu. 

Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və qazaxlı xeyriyyəçi Arzuman Abdulkərimov gözümün bərpası üçün Türkiyədə müayinə keçməyimə kömək edirlər. 

Müayinələrin nəticəsi müsbətdir. İnşallah, mayın 8-də gözümün bərpası üçün Türkiyəyə gedəcəyəm. Orada, həmçinin protez ayağım da dəyişdiriləcək. Yeni qoyulacaq ayaqda hissiyyat olacaq. Həyata inamım böyükdür". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.