Ölkə

Məhkumların əl işləri nümayiş olundu - FOTO

4 May 2016 17:03
3 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət sərgi keçirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, Ombusdman Aparatının nümayəndələri və Penitensiar Xidmətin rəhbərliyi iştirak ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, sərginin təşkilində məqsəd məhkumların faydalı əməklə məşğulunun təmin olunmasıdır.

Onun sözlərinə görə, bu, həm də məhkumların islah olunması üçündür. Tədbirin məqsədi həmçinin məhkumların gələcəkdə cəzaçəkmə müəssisəsindən azad olunandan sonra cinayətə meyilli olmaması və peşəyə yiyilənməsdiir: "Biz həmçinin tədbirə sahibkarları, iş adamlarını cəzaçəkmə müəssisəsi ilə əməkdaşlığa dəvət edirik ki, onlar məhkumların əl işlərini, bacarıqlarını görsün, gələcəkdə onların işlə təmin olunmasına şərait yaratsınlar".

H.Əlixanov qeyd edib ki, hazırda cəmiyyətdə məhkumlar haqqında mənfi imic formalaşıb: "Biz bu tədbirlərlə bir daha göstərmək istəyirik ki, bu məhkumların əksəriyyəti tam islah olunmuş şəkildə azadlığa çıxırlar və onlar haqqında mənfi imic aradan qaldırılır. Məhkumlara münasibət kökündən dəyişməlidir, onlar azadlığa çıxdıqdan sonra işlə təmin olunmalıdırlar. Çünki məhbuslar adətən hər hansı peşəyə yiyələnmədikdə, cəzaçəkmə müəssisəsindən çıxandan sonra hansı işlə məşğul olacağını bilmir, yenidən cinayətə əl atırlar. Və ya dövlətin əleyhinə olan hansısa qruplaşmalara qoşulurlar. Hesab edirəm ki, Milli Məclisdə də məhkumların azadlıqdan sonrakı fəaliyyəti ilə bağlı qanun layihəsi işlənib hazırlanmalıdır".

Daha sonra sərgidəki əl işləri nümayiş olundu.

Tədbir iştirakçıları məhkumların əl işləri ilə tanış olublar. Sərgidə 17 cəzaçəkmə müəssisəsindən 342 eksponat nümayiş etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.