Ölkə

“Boşboğaz siyasətçilərin səsi kəsiləcək”

4 May 2016 13:09
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Zahid Oruc Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağdakı separatçıların qondarma rejiminin tanınması ilə bağlı qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı ilə bağlı çıxışına münasibət bildirib.

Milli.Az bildirir ki, millət vəkili qafqazinfo-ya açıqlamasında xatırladıb ki, Ermənistanda 1990-cı illərdən bu yana həmin istiqamətdə on dəfələrlə cəhdlər, yüz dəfələrlə çağırışlar edilib: "Lakin onlar indi daha böyük qüvvəylə etiraf edirlər ki, 90-cı illərin hərbi əməliyyatlarının nəticəsini kağız üzərinə köçürüb Azərbaycana qəbul etdirə bilmədilər.

Ərazilərimizin işğalı fonunda mərhum prezident Heydər Əliyev o zaman saziş, hər hansı müqavilə ilə deyil, kiçik bir razılaşma sənədi vasitəsilə birinci Qarabağ müharibəsinə yekun vurdu. Bu məsələdə taym-aut elan olundu. Ötən yüzilliklərdə tarixdə bəlli olan hansısa təmsilçilik aktları kimi yekuna sahib dura bilmədilər. Hər bir müharibənin sonu hansısa razılşama sənədləri ilə ölçülür. Ondan sonrakı dövrdə parlamentdəki cəhdlər yaranmış labirintdən çıxış yolları axtarışına xidmət edirdi.

Ancaq hesab edirəm ki, Ermənistan yaxşı dərk edirdi ki, Qarabağın tanınması aktı nəinki hər hansı hüquqi qüvvəyə minmiş sənədə çevriləcək, eyni zamanda onları bundan sonra diplomatik, siyasi və hüquqi çıxılmazlara salacaq. Mən istəyirəm ki Azərbaycan cəmiyyətinə, onun siyasi elitasına, diplomatlarına, xüsusilə də səfirlərinə bir məsələ dəqiq aydın olsun. Ermənistanın bu illər ərzində Qarbağın müstəqilliyini tanımamasının bir səbəbi var.

Ona görə ki, Qarabağı avtomatik olaraq tanıma qərarı onun hansısa ərazidə dövlət kimi elan etməyə bağlıdır. Bu isə 4,38 min kvadrat kilometr ərazi deməkdir. Qarabağın sovet dövründəki məlum ərazisi çərçivəsində elan etməlidir. Beynəlxalq hüquq prinsiplərində tanıma hansısa ərazi üzərində tanımaqdan keçir. Bu halda onlar yeddi rayonu işğal etdiklərini etiraf etmiş olacaqlar. İndi deyirlər ki, ora hansısa bufer zonadır və.s.

Amma hüquqi akt parlamentdən keçib dövlət tərəfindən tanınma reallaşandan sonra onlar göstərməlidirlər ki, 4,38-in üstündə bu dövləti tanıyıblar. Bu da bizim ölkəyə əsas var verir ki, ərazilərimizi hərbi yolla qaytaraq. Ona görə də Ermənisanın hazırkı dövrdə cəbhə xəttində təsirli tədbir görə bilmədiklərindən siyasi vasitələrə əl atması elitamızın diqqətini yayındırmaq məqsədlidir. Hesab edirəm ki, hazırkı yaranmış vəziyyətdə öz problemlərini daha dərinləşdirəcəklər. Tankların, topların səsi gələndə Ermənistanın boşboğaz siyasətçilərinin səsi kəsiləcək. Ona görə də, bu müzakirlərin nəticəsi bizim üçün əhəmiyyət daşımamalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.