Ölkə

Keçmiş müstəntiq məhkəməyə çağırıldı - YENİLƏNİB

4 May 2016 13:15
2 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:15

Binəqədi Rayon Məhkəməsində hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərovun barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Bu barədə "Report"a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, özü və R.Səfərov vəsatətə etiraz etməyib.
Məhkəmə istintaq müddətinin 3 ay müddətində artırılması barədə qərar qəbul edib.

----------

10:51

Hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə çağırılıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə R.Səfərov özü məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə tərəfindən ibtidai istintaq müddətinin uzadılacağı barədə qərar qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.