Ölkə

Röya toyda arxa çevirdiyi oğlandan danışdı: "Ortada olan sevgi gözəldir" - YENİLƏNİB - VİDEO

4 May 2016 12:33
26 Şərh     Baxış: 9 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:33

Röyanın arxa çevirdyi dostu Vladik big.az vasitəsilə məsələyə aydınlıq gətirib: "Bu da bizim "selfiemiz". Artıq-əksik danışmaq lazım deyil. Röyanın arxasını mənə çevirməsi hörmətsizlik deyil. Sadəcə zarafatlaşdıq. İnsanda ağıl var, düşüncə var... İndi Piterdəyəm, inşallah, gəlib, bu məsələ ilə maraqlanacağam".

--------

12:05

Əməkdar artist Röya Ayxan özü ilə bağlı yayılan videoya münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, videoda müğənni toyda oxuyarkən bir gənc səhnənin qarşısına gəlib, onunla selfi çəkdirmək istəyir. R.Ayxan isə həmin an oğlana arxasını çevirib. Onun bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb. Hər kəs ifaçının qeyri-etik addım atdığını bildirib.

Müğənni açıqlama verərək, həmin gənclə dost olduğunu deyib. O, hətta gənclə fotosunu da paylaşıb:

"Baxın, bu da oğlanın özü. Bizim münasibət və ortada olan sevgi gözəldir. Sadəcə, qıraqdan kim çəkibsə, o bunu öz adına layiq təqdim etdi. Vladik, sənə görə az qala məhkəmə olacaq".

--------

11:26

Əməkdar artist Röya Ayxan toyda etdiyi hərəkətə görə tənqid olunub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, paytaxt restoranlarının birində toyda olan müğənni səhnədə mahnı ifa edərkən bir nəfərin yaxınlaşıb selfi etməsinə etiraz edib. Belə ki, oğlan selfi edən zaman Röya üzünü çevirib. Oğlan uzaqlaşdıqdan sonra isə sənətçi mahnını oxumağa davam edib. 

Röyanın bu hərəkəti anbaan kameralara düşüb. Video sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri müğənnini bu hərəkətinə görə qınayıblar. Onlar Röyanın davranışını mədəniyyətsizlik adlandırıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.