Ölkə

Azərbaycanda telekanal prezidenti vəfat etdi

3 May 2016 17:49
4 Şərh     Baxış: 4 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnterAz" televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev bu gün Bakıda dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd təsərrüfatı texnikumuna daxil olub. 

Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirib. "Azmas" teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. Daha sonra "Sara" teleradio şirkətini yaradıb.

2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib. 

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.