Ölkə

İlhamənin oğlundan anasını öldürməsi iddiasına CAVAB

3 May 2016 17:51
34 Şərh     Baxış: 11 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov müğənni Əli Mirəliyevin onun haqqında səsləndirdiyi iddialara cavab verib. 

Milli.Az bildirir ki, o, aznnews.az-a açıqlamasında deyib ki, yaxın vaxtlarda bütün məsələlərə aydınlıq gətirəcək: "Allah canın sağ eləsin, qanun-qayda var. Hazırda prokurorluq orqanlarında araşdırma aparılır. Tezliklə bütün məsələlərə aydınlıq gətiriləcək. Hər şeyin bir vaxtı var. Vaxtı çatanda bunlarla bağlı açıqlama verəcəyəm".

Qeyd edək ki, Əli Mirəliyev İ.Quliyevanı oğlunun öldürdüyünü iddia edib: "Nə Orxan, nə də ki onun ailəsi yaxın on beş ildə İlhamənin çevrəsində olmayıblar. Sadəcə olaraq, bir-iki dəfə şou xatirinə çıxıb dedi ki, Orxan mənim oğlumdur. Sonra da Orxan bir-iki səhv etdi, İlhamə xanımı şantaj etdi, dedi ki, məndə sənin səsyazman var. Şantaj edirdi İlhamə xanımı, əvəzində pul alırdı. İlhaməni öldürən Orxandır, bilirsiniz. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. Onun gördüyü işlərin sayəsində... Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Məhkəmədə hamısı üzə çıxacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.