Ölkə

Azərbaycanlı müğənni keçmiş arvadını məhkəməyə verdi - FOTO

3 May 2016 13:31
23 Şərh     Baxış: 34 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məni əxlaqsız adlandırdığı üçün Nurlanı məhkəməyə vermişəm".

Milli.Az bildirir ki, bu sözləri özünü mediada tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəylər oğlu Kərimovun keçmiş həyat yoldaşı Aygün Əmiraslanova müsavat.com-a açıqlamasında deyib. 

Xatırladaq ki, ötən ay müğənninin keçmiş həyat yoldaşı redaksiyamıza gələrək 3 uşağı ilə çarəsiz qaldığını, Nurlan Kərimovun maddi imkanı, avtomobili, evi olsa da, saxta sənəd təqdim etməklə aliment ödənişlərindən yayındığını bildirmişdi. Həmçinin Aygün Əmiraslanova ərinin saçlarını uzadıb, dırnaqlarını rənglədiyi, qadın paltarı geyindiyi, bir sözlə, kişiyə yaraşmayan hərəkətlər etdiyi üçün ondan ayrıldığını demişdi.

Qarşı tərəfin vəkili Məmməd Elçin Məmmədoğlu isə səslənən ittihamlar barəsində "Yeni Müsavat"a açıqlama verərək iki az yaşlı uşağın heç də Nurlan Bəyləroğlunun övladları olmadığını, ona qarşı edilən hədə-qorxular üzündən məcburi uşaqlara atalıq verdiyini demişdi.  Vəkil hazırda Aygün Əmiraslanovanın  4 uşağı  olduğunu, axrıncı uşağının isə atasının bəlli olmadığını demişdi. 

Qarşı tərəfin açıqlamasından hiddətlənən Aygün Əmiraslanova yenidən redaksiyamıza gələrək onun barəsinə səslənən ittihamlara görə keçmiş əri Nurlan Kərimovu və vəkil Elçin Məmmədoğlunu məhkəməyə verdiyini bildirib:
"Nurlanla 16 avqust 2005-ci il tarixdə öz iştirakı və nikah əsasında ailə qurmuşam. Ondan kişilərlə əlaqədə olduğu, eləcə də qızıllarımı oğurladığı üçün ayrıldım. Bu nikahdan 2 övladım dünyaya gəlib. Övladlarımın biri 27.06.2006 və 29.09.2007-ci il təvəllüdlüdür. Onların doğum haqqında şəhadətnamələrini və atalığı təsdiq edən sənədi Nurlanın razılığı əsasında almışam. 

Nurlanın nümayəndəsinin dediyinə görə, mətbuata təqdim etdiyim şəkillər fotoşopdur. Bu belə deyil. Övladlarımın ad günü və sairə mərasimlər ilə bağlı digər şəkil və videolar var. Həmçinin bildirib ki, guya onu qorxudub atalıq haqda sənəd almışam. Sübut etsin hansı polislə? Yaxşı, adamı bir dəfə qorxutmaq olar, bəs ikinci dəfə adamı necə qorxutmaq olar?

Nurlan uşaqların ondan olmadığını dediyi halda niyə ötən ilin iyun ayında DNT analizi tələb edildikdə məhkəməyə gəlmədi və işə baxılmamış hesab olundu?

Alimentdən yayınmaq üçün özünü dəlixanaya saldı və Novruz bayramı ərəfəsində dəlixanadan çıxıb "Qafqaz" otelində konsert verdi və yenidən dəlixanaya geri qayıtdı".
Aygün Əmiraslanova onu da qeyd edib ki, bu günədək Nurlan Kərimov alimentlə bağlı ona 2000 manata yaxın pul borcludur.

Nurlan Kərimovun vəkili Elçin Məmmədoğlu da eyni zamanda müsavat.com-a yenidən açıqlama verərək qarşı tərəfi səsləndirdiyi ittihamlara görə məhkəməyə müraciət etdiklərini söyləyib:
"Mətbuatda gedən məqalədən sonra biz Aygün Əmiraslanovanı məhkəməyə verdik. Çünki onun "Yeni Müsavat"a verdiyi açıqlamalarında xüsusi ittiham qaydasında motivlər var. Yəni, həm böhtan, həm də təhqir var. Müdafiə etdiyim vətəndaşı "mavilikdə" suçlayıb, kişi olmadığı barədə ifadələr işlədib".

Vəkil müğənni Nurlan Kərimovun keçmiş xanımı barəsində digər ittihamlar da səsləndirib:
"Birinci uşağının atası Salyandan olan Məcid adlı şəxs onun ucbatından Fransadan sığınacaq alıb, qaçıb ölkədən. İndi icra şöbəsi, Ədliyyə Nazirliyi onu tapa bilmir. Guya o tapılmadığı üçün Aygün Ədliyyə Nazirliyində intihar etmək istəyib. 
Onun birinci uşağının bizə aidiyyatı yoxdur. Hətta ikinci və üçüncü uşağının da bizlik olmadığı deyirik. Sadəcə, indi araşdırma getdiyi üçün bu barədə dilimiz qısadır. Biz eşitmişik ki, hətta o, dördüncü uşağa hamilədir. O da təbii ki, Nurlandan deyil".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.