Ölkə

Ermənilərin dağıtdıqları evlərin siyahısı hazırlandı

2 May 2016 16:27
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arabir atəş səsləri eşidilsə də, təmas xəttində vəziyyət tam nəzarət altındadır".

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya Füzuli rayon İcra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev rayondakı vəziyyəti şərh edən zaman deyib. O bildirib ki, əhalinin əhval-ruhiyyəsi yüksəkdir: "Hazırda əkin-biçin işləri qızğın olan bir vaxtdır. Bu səbəbdən də hər kəs öz işi ilə məşğuldur. Tarlalarda çuğundur, pambıq əkimi var. Həftə daxilində sakinlər barama da götürəcəklər".

Q. Əliyev onu da bildirib ki, düşmənin təxribatı nəticəsində dağılan evlərin hamısının şəkilləri çəkilib, siyahı tutularaq komissiyaya təqdim olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.