Ölkə

Gəncə böyük tədbirə hazırlaşır - VİDEO

2 May 2016 12:10
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə qonaqlarını qarşılamağa hazırlaşır. Artıq bu gündən etibarən "Köhnə qitə"dən Gəncəyə əcnəbi qonaqlar gələcək. Gəncə gənclərinin, könüllülərin layihə ilə bağlı hazırlıqlarını bölüşmək üçün Gəncənin fəal gəncləri Seymur VerdiyevElnurə Musazadə Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Bu həftə" proqramının qonaqları olublar...

- Əcnəbi qonaqları qarşılamağa, onlarla ünsiyyətin məsuliyyətinə hazırsınızmı? 

Seymur Verdiyev - fəal gənc: "Bəli, hazırıq. Son iki ayda intensiv hazırlıq prosesi gedir. Mayın 3-də qonaqları qarşılayacağıq, ayın 4-ü rəsmi açılış mərasimi olacaq. Qarşılanma, gəzinti və həyata keçiriləcək proqramlar üçün 100-dən çox könüllü cəlb olunacaq. Qonaqlarla ünsiyyətdə lazım olan informasiyanı inglis dilində çatdırmaq üçün könüllülər hazırlanıblar".

- Region gənclərinin könüllülüyə marağı necədir?

Elnurə Musazadə - fəal gənc: "Bu işlə Avropa Gənclər Paytaxtı İB birbaşa məşğul olur, biz - "Gələcəyə körpü" İB isə təşkilati dəstək göstəririk. Bu gün də qrup liderlərinin təliməri davam edir. Könüllülərin bu işdə dəstəkləri böyükdür. Biz hamımız Gəncəni təmsil etdiyimiz üçün birgə işləyirik. "Gəncə Avropa Gənclər Paytaxtı"ndan sonra keçiriləcək beynəlxalq layihələr üçün gənclərdə stimul hiss olunur. Bu da bizi sevindirir".

- Hansı nəticəni gözləyirsiniz?

Elnurə Musazadə - Gələcəyə Körpü İB könüllülər üzrə koordinator: "Bu layihədən sonra Azərbaycanın Avropa gəncləri tərəfindən daha çox tanınacağını gözləyirik. Gəncəni ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq. İstərdik ki, Gəncə dedikləri zaman onlarda mədəniyyətimiz, tariximiz və s. haqda geniş məlumatlar olsun. Bu layihə Azərbaycanı, Gəncəni bir daha tanıtmaq üçün bir şansdır".

- Əcnəbi gənclərin Azərbaycan, Gəncə barədə təəssüratları necədir?

Seymur Verdiyev - fəal gənc: "Adətən Azərbaycan deyəndə ilk olaraq Bakı yada düşür, Gəncə haqqında o qədər də məlumatlı deyillər. "Avropanın Gənclər Paytaxtı" titulunu qazandığımız bu il açılış mərasimində 500-ə yaxın insan tarixi irsimiz, həqiqətlərimiz, mədəniyyətimiz, mətbəximiz, insanlarımız barəsinədə məlumatlandırılacaqlar".

- Layihə çərçivəsində sizin İB tərəfindən hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

Seymur Verdiyev - fəal gənc: "Biz bu işdə fərd kimi deyil, vahid şəkildə birləşmişik. Qeyri-hökumət təşkilatları, icmalar ümumilikdə koalisiya olaraq hərtərəfli fəaliyyət göstərəcəyik - tariximizi, mətbəximizi, mədəniyyətimizi şəhərimizin qonaqlarımıza kompleks şəkildə nümayiş etdirəcəyik".
Qeyd edək ki, "Gəncə 2016 - Avropa Gənclər Paytaxtı" layihəhi çərçivəsində şəhərimizdə keçiriləcək tədbirlərdə əcnəbi qonaqları qarşılayacaq fəal gənclərin müsahibəsini "Bu həftənin qonağı" rubrikasında ətraflı izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncə böyük tədbirə hazırlaşır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.