Ölkə

Bakıda yolu keçmək istəyən əlil vuruldu - FOTO

2 May 2016 10:05
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.

Belə ki, hələlik kimliyi bilinməyən şəxs əlil arabasında yolu keçmək istəyən zamanı onu Rauf Tağıyevin idarə etdiyi "Nissan" markalı maşın vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada çağırılan təcili yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılıb.
 
Sürücü ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
 
Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin 20 metr yaxınlığında qeydə alınıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.