Ölkə

Ev sahibi kirayə haqqını ödəməyən qadını cəzalandırdı - Bakıda

2 May 2016 09:42
2 Şərh     Baxış: 3 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ev sahibi kirayə haqqını ödəməyən qadını ilginc şəkildə cəzalandırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ev sahibi kirayə haqqını ödəməyən qadını mənzilin bağlı qapısı arxasında iki gün saxlayıb.

Hadisə Qaradağ rayonunda baş verib.

Ev sahibi tərəfindən cəzalandırılan qadın polisə müraciət edib.

Şəki rayon sakini, 1994-cü il təvəllüdlü Mələk Xəlilova Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bu haqda məlumat verib.

O bildirib ki, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən kirayə yaşadığı evin pulunu ödəmədiyi üçün ev sahibəsi 1962-cü il təvəllüdlü Xeyrənsa İsayeva evin qapısını qıfılla bağlayaraq onu iki gün azadlıqdan məhrum edib.

M.Xəlilovanın şikayəti ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.