Ölkə

Teatrdan küsən aktyorun səhhəti pisləşdi

30 Aprel 2016 14:28
4 Şərh     Baxış: 2 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı  Məcnun Hacıbəyovun səhhətində problem yaranıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, o, ürək xəstəliyindən şikayət edir.  

"Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm", - deyə Məcnun Hacıbəyov bildirib. 

Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nügədi kəndinə qayıdıb və həmin vaxtdan Nügədi kəndində yaşayır. 

Əməkdar artist bizimlə söhbətində ulu babası ilə bağlı indiyə qədər heç yerdə açıqlamadığı maraqlı bir faktı da dedi.

"Mənim 7-ci babam - Valey gürcü olub. Bizim nəsil gürcü əsillidi. Onlar Gürcüstandan Azərbaycana gəliblər. Babam bir lal qızla ailə qurub və islamı qəbul edib. O, daş alveri ilə məşğul olub", - deyə aktyor bildirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.