Ölkə

Dənizdə batan balıqçının meyiti tapıldı - YENİLƏNİB

30 Aprel 2016 15:57
2 Şərh     Baxış: 2 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:57

Dənizdə batan balıqçının meyiti tapılıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, aprelin 30-da Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:45-də başa çatıb.

-----------

10:52

Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb.

Milli.Az FHN-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.