Ölkə

Şəkidə it qızlara hücum etdi

30 Aprel 2016 10:30
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, aprelin 29-u, saat 20:40 radələrində rayonun Qayabaşı kənd sakini, 2013-cü il təvəllüdlü Şəbnəm Ziya qızı Cəfərova və Bideyiz kənd sakini, 1994-cü il təvəllüdlü Günel İsə qızı İsəyeva it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olublar. Məlum olub ki, Şəbnəm Cəfərovanı yaşadığı evin həyətyanı sahəsində öz itləri onun sağ üz hissəsindən və sağ qulağından dişləyib. Günel İsəyeva isə kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb. 
 
Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.