Ölkə

Məmurlar milyonluq villalaların hesabatını verəcəklər

29 Aprel 2016 19:59
Baxış: 4 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək.

Milli.Az faktxəbər.com-a istinadən bildirir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2016-2018-ci illərdə dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanmasını təmin etməlidir.
 
Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Milli Fəaliyyət Planına əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa da bu işlərin həyata keçirilməsində iştirak etmək tövsiyə olunub. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.