Ölkə

Bakıda peyda olan ayı balası hansı məmurundur? - AÇIQLAMA

29 Aprel 2016 15:24
7 Şərh     Baxış: 6 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün paytaxt ərazisində peyda olan ayı balası Bakı Zooparkına məxsus deyil.

Milli.Az bildirir ki, bunu modern.az -a Bakı Zooparkının direktoru Azər Hüseynov deyib.

O qeyd edib ki, Zooparka məxsus bütün heyvanlar öz yerindədir:

"Həmin ayı balasının hansı şəraitdə, harada peyda olması ilə bağlı məlumatım yoxdur".

Direktor, eyni zamanda, tapılan ayı balasının Bakı Zooparkına təhvil verilməsilə bağlı müraciət almadığını deyib.

Maraqlıdır, əgər ayı balası zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda  heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb...

Qeyd edək ki, ayı balası Bakının Suraxanı rayonunda, "Baku Bus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında  peyda olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) ayı balasını aidiyyəti üzrə təhvil veriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.