Ölkə

Milli Məclisin spikeri: "Belə biabırçılıq olmaz"

29 Aprel 2016 13:07
Baxış: 3 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzi saytlar silahların növləri və onların hansı məsafədə vurması, necə idarə olunması ilə bağlı məlumatlar yazır. Bu, düzgün deyil. Eyni zamanda parlamentdə də bu məsələlərdən danışan zaman diqqətli olmaq lazımdır".

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin spikeri Oqtay Əsədov deyib. 

Spiker bildirib ki, parlamentlərarası dostluq qrupunun rəhbərləri cəbhədəki hadisələrlə bağlı beynəlxalq təşkilatlarda olan deputat həmkarlarına məktub yazmalıdırlar:

"Onlara həqiqətləri çatdırmalıyıq. Düzdür, belə məktublar yazılıb, amma azdır. Bu məsələdə daha aktiv olmalıyıq. Ona görə də bilməyənləri başa salmaq lazımdır. İndiki dövrdə buradan danışmaqdan daha çox, parlamentlərarası dostluq qrupunun üzvləri xaricdə olan həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdırlar.

Çoxlarının Qarabağ problemindən xəbəri yoxdur. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə çatdırırlar. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.