Ölkə

"Cəbhəyanı kəndlərin əhalisi kommunal xərclərdən azad olunsun" - TƏKLİF

29 Aprel 2016 12:30
2 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cəbhəyanı rayonların kəndlərində yaşayan əhalinin kommunal və digər vacib xərclərdən azad edilməsi çox aktual məsələdir və bu addım atılmalıdır".

Milli.Az bildirir ki, modern.az -a açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov belə deyib.

"Düşmənlə təmas xəttindəki yaşayış kəndlərində evləri dağıdılan, mar-qarası tələf edilən, atışmalara görə əkin sahələrində çalışa bilməyən insanlarımız indiki vəziyyətdə işıq, qaz, su və digər xərclərdən azad olunmalıdır. Eyni zamanda o kəndlərdə işləyən və yaşayan gənclərə də xüsusi güzəştlər olunmalıdır.

Yəqin ki, bu günlərdə ölkə başçısı, cənab prezident İlham Əliyev bu barədə göstəriş verəcək. Atışmalarda ciddi şəkildə zərər çəkmiş, şəxsi əmlakına ziyan dəymiş vətəndaşlarımıza kompensasiya ödəniləcək", - deyə deputat bildirib.

Ağdamdan seçilən deputat Aqil Abbas da həmkarı Elman Məmmədovun təklifini dəstəkləyib.

O deyib ki, cəbhəyanı bölgələrdə yaşayan əhali kommunal xərclərdən azad edilməlidir:

"Deputat həmkarım Elman Məmmədov belə bir təklifi irəli sürübsə, lap düz edib. Çünki Elman Məmmədov bilir nə danışır. Elman müəllim yaxınlarının, əzizlərinin 70 faizini Xocalı soyqrımında itirmiş insandır. O, cəbhəyanı kəndlərdəki insanlarımızın ağrı-acısını daha yaxşı hiss edir və yaşayır.
Həmin ərazilərdə insanlar əkin sahələrinə girə bilmir, mal-qarasını otlaqlara apara bilmir. Təbii ki, o insanların dolanışığı əkin-biçindən və mal-qara saxlamaqdan çıxır. Ona görə də cəbhəyanı kəndlərin əhalisi  kommunal xərclərdən azad olunmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.