Ölkə

Bakının kəsilmiş ayaqlı əlil dilənçiləri - FOTO

29 Aprel 2016 13:29
4 Şərh     Baxış: 2 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, bir neçə gündür ki, Bakıda metronun "İçərişəhər" stansiyasının qarşısındakı piyada keçidində iki əlil kişinin dilənçilik etməsinə rast gəlmək olur.

Təbii ki, zahiri görkəmi də onların fəal əməklə məşğul olmaq iqtidarında olmadığını və böyük ehtimalla I qrup əlil olduqlarını sübut edir. Əlillərdən birinin dizdən aşağı bir ayağından, digərinin isə dizdən aşağı bir ayağından, ikinci ayağının isə barmaqlarından məhrum olduğu açıq-aydın sezilir.

Yoldan keçənlərin də bir qismi səxavət və ürəyiyumşaqlıq göstərib Allah rizası üçün əlini onlara uzatmış bu əlillərə xırda pullar verirlər. Lakin müşahidələrimiz göstərdi ki, heç də hamı buna birmənalı yanaşmır. Bəziləri kəsilmiş ayağı açıq şəkildə görəndə diksinir və qorxur, digərləri isə şəhərin mərkəzində, mühüm dövlət orqanlarının yerləşdiyi ərazidə, xarici turistlərin də tez-tez gəzişdiyi hissəsində belə acınacaqlı hala rast gəlinməsini normal saymayaraq deyinirlər.

Təbii ki, bu cür insanlar əlil olduğu üçün böyük ehtimalla dövlətdən təqaüd də alırlar. Amma görünür, aldıqları təqaüd onların və ailələrinin ehtiyaclarını tam ödəmədiyi üçün bu yola düşüblər.

Hər halda bu məqaləni oxuyan müvafiq dövlət qurumları əlavə olunmuş şəkillərdəki şəxslərin kimliyi ilə maraqlanıb ehtiyaclarının qarşılanması üçün tədbirlər görsə, daha yaxşı olar. 
 

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.