Ölkə

ŞOK: Bakı küçələrində ayı peyda oldu

29 Aprel 2016 11:30
5 Şərh     Baxış: 7 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "Bakubus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub. 

Ayının haradan gəldiyi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.