Ölkə

Yağış, leysan yağacaq

28 Aprel 2016 13:20
213 Şərh     Baxış: 8 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 29-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.