Ölkə

Aeroportda silahlar aşkar edilib

26 Aprel 2016 16:23
1 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər.

Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a bildiriblər ki, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.

Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Respublikasına Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar - 1 ədəd "beşbarmaq", 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.

DGK bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.