Ölkə

Bəlkə də bundan siz də yemisiz: Xəstə atların əti mal əti adı ilə satılırmış - FOTO

15 Aprel 2016 17:23
13 Şərh     Baxış: 2 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının, o cümlədən ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının, eləcə də psixotrop tərkibli dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən bir neçə uğurlu kompleks əməliyyat tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri əvvəllər məhkum olunan Adıgözəl XəlilovElduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti isitifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.