Ölkə

Rəmişin arvadı: "Mənlə evli ola-ola evə qız gətirdi"- VİDEO

11 Mart 2016 18:50
24 Şərh     Baxış: 10 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəmiş mənimlə evli ola-ola evə bir xanım gətirmişdi.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri "Bizimləsən" verilişində qonaq olan gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülüm xanım deyib:

"Rəmiş mənlə ailəli ola-ola həyatına bir neçə qadınlar saldı. Hətta bir qadını evə də gətirdi. 4 ay da saxladı. Mənsə Rəmişi çox sevdiyimə görə bütün bunlara dözdüm. Bu, mənim üçün çox böyük əzab idi. O qadın bizim evdə olanda girib hamamda ağlayırdım, Rəmiş çağıran kimi gözümün yaşını silirdim. 4 ay içində üçümüz bir otaqda qaldıq. 4 aydan sonra isə Rəmiş o xanımı apardı".
 
Rəmiş isə həyat yoldaşının sözlərinə bu cür reaksiya verib: "Düşmənim evimin içində imiş. Etiraf edirəm ki, kişiliyə uyğun nə pis vərdişlər olubsa, hamısını etmişəm. Amma 17 ildir ki, bütün pis vərdişləri tərgitmişəm. Pendiri dəri, arvadı əri saxlayar". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəmişin arvadı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.