Ölkə

Şou-biznesin yeni hegemonu kim olacaq?

3 Mart 2016 15:16
18 Şərh     Baxış: 5 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva tez-tez tacları ilə gündəmə gəlirdi. O, adətən həmkarlarına titullar verməyi, küsülüləri barışdırmağı, şou-biznesi yazılmamış qaydalarla idarə etməyi sanki öz üzərinə götürmüşdü.

Fevralın 25-də dünyasını dəyişən primadonna ölümündən sonra, demək olar ki, hər gün bir mövzü ilə bağlı müzakirələrə səbəb olur.

Milli.Az qafqazinfo-ya istiandən bildirir ki, sözügedən mövzulardan biri də Quliyevanın taclarıdır. Əslində, söhbət real tacla yanaşı, primadonnanı şou-biznesdə əvəz edən varisindən gedir.

Yeri gəlmişkən, əməkdar artist Röya Ayxan elə xalq artisinin vida mərasimində bu məsələni ortaya atmışdı: 

"İlhamə xanımla sonuncu söhbətimiz yaxşı yadımdadır. Dedi ki, nə qədər taclar varsa, hamısını sənə verəcəm. Mən onu çox istəyirdim".

Röya İlhamə Quliyevanın taclarını ona əmanət etdiyini bildirsə də, bu sahədə əməkdar artistdən qat-qat təcrübəli sənətçilər var.

Şou-biznesin yeni hegemonu kim olacaq?

Bu məqamda illərdir İlhamə Quliyeva ilə gərgin münasibətdə olan, hətta ən böyük düşməni hesab edilən, amma heç vaxt İlhaməyə bənzəmək istəməyən xalq artisti Flora Kərimovanın da adını çəkmək olar.

Sənətkar "Qafqazinfo"ya açıqlamasında bildirib ki, şou-biznesdə nizam-intizam yaratmaq üçün çox gecdir:

"Allah eləməsin, tərbiyə qandan, ailədən gəlirsə, bunu necə nizama sala bilərəm? Səhnəyə çıxan ilk gündən deyirdim ki, oğlum var, qapı döyəcəm, qızım var, qapım döyüləcək. Ona görə qadın özünə-sözünə fikir versin, kimliyini dərk eləsin, özü-özünə hesabat versin. Bundan artıq nə deyim? Dünən söyüşən, bu gün isə bir-birinin qucağında oturanları, TV-lərdə çıxıb tərifləyənləri, yenidən sözləri çəp gələndə ittiham edənləri necə nizam-intizama salmaq olar? Necə məsləhət vermək olar? Heç nəyi dəyişmək mümkün deyil. Bünövrəsini elə bir insan qoyub ki, nizama salmaq üçün xeyli vaxt lazımdır. Elə bil cəngəllikdədirlər, kim özünü tərifləyirsə, elə bilir ki, birinci olacaq".

Şou-biznesin divası, tez-tez həmkarları ilə qalmaqallarda adı hallanan, İlhamə Quliyevanın isə sonuncu hədəfi Aygün Kazımova da sələfinin yerinə ən ciddi namizədlərdən sayılır.

Müğənni isə bu mövzuda gözləmə mövqeyini tutub. O, bu barədə danışmaq istəmədiyini və susmağa üstünlük verdiyini qeyd edib.

"Səhnənin kraliçası" mənəm" ifadəsinə görə İlhamənin qəzəbinə tuş gələn Məleykə Əsədova da xalq artistinin yerinə iddialı olanlardan sayılır.


Aktrisa "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, həyatda Məleykə Əsədova kimi iz qoymaq istəyir:

"Mənim obrazım kraliçadır. Sənətdə ola bilər ki, bu obrazı canlandırım. Amma həyatda Məleykə Əsədovayam, adımla çağırılmaq mənə xoşdur. Gözəl adım var, atam qoyub və bu adla fəxr edirəm. Mən səhnənin məleykəsiyəm".

Gənc müğənnilər də bu mövzuda müçahidəçi kimi qalmaq istəmirlər.

Xatirə İslam tac uğrunda mübarizəyə atılan həmkarlarını İlhamə Quliyevanın ruhuna hörmət etməyə çağırıb:

"Bu nə söhbətdir? Belə şeylərdən xoşum gəlmir. Ölənə hörmət etmək lazımdır. Gündəmə gətirənlərə ayıb olsun. Mənim sənət yoldaşlarım bu taxt-tac uğrunda mübarizəyə atılmazlar".

Müğənni Nadir Qafarzadə "Qafqazinfo"ya açıqlamasında vida mərasimində Röyanın səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Röya sənətkara qiymət verən insandır. Röyaya tac lazımdır? Tac onun başındadır. Elə insanlar var ki, sənətləriylə o tacı əldə edirlər. İlhamə xanım kimi hegemon, hər kəsi yerində oturdan, ədalətli biri olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.