Ölkə

Heydər Əliyevin silahdaşı vəfat etdi

14 Fevral 2016 10:18
Baxış: 5 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynova ağır itki üz verib.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, N.Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.

***

Haqqın.az xatırladır ki, nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.

Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.

Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.