Ölkə

Mingəçevir teatrının direktoru polisə çağırıldı

13 Fevral 2016 12:43
0 Şərh     Baxış: 3 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir Dövlət Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, teatrın direktoru Səxavət Məmmədov bir neçə gün öncə Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. Direktorun polisə çağırılmasının səbəbi isə iki nəfərin (hələlik adlarını qeyd etmirik - red.) "kitabxanaçı" adı ilə dram artisti ştatına götürülməsi və hələlik tam dəqiqləşdirə bilmədiyimiz digər məsələlərdir. Hətta şəhər polis idarəsinin rəis müavini məsələ ilə bağlı teatrda olub.

Əldə etdiyimiz digər məlumatda bildirilir ki, Səxavət Məmmədov aktyorların gözü qarşısında truppa müdiri Könül Hacıyevanı danlayıb, hətta ona qeyri-etik ifadələr işlətməkdən belə çəkinməyib. Aktyorlardan birinin əməkdaşımıza bildirdiyinə görə, K.Hacıyeva iki gün öncə baş verən hadisədən sonra işdən çıxmaqla bağlı ərizə yazıb və dünən işə getməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.