Ölkə

Bu ziyanı kim ödəyəcək?

13 Fevral 2016 11:01
1 Şərh     Baxış: 2 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib.

"Azəryolservis" ASC-dən Milli.Az-a bildiriblər ki, bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4 p/m (poqonmetr)  təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1 ədəd metal informatik lövhə və  8  ədəd yol nişanı  yararsız hala düşüb və dövlət büdcəsinə ümumilikdə 552092,93 manat ziyan dəyib.

Baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tədbirlər görülüb.

Onlardan 201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə, 56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına, 92 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün isə həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması üçün BDYPİ-nə məktubla müraciət olunub.        

Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilib və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib.
 

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.