Ölkə

Rüfət Səfərov yenidən Korrupsiyaya İdarəsinə çağırıldı - YENİLƏNİB

12 Fevral 2016 16:36
1 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:36

Rüsvət almaqda təqsirləndirilərək ev dustağı edilən Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Bu barədə Trend-ə R.Səfərov məlumat verib.

O bildirib ki, idarədə istintaq hərəkətləri ilə bağlı dindirilib və dilindən iltizam alınıb.

R.Səfərov fevralın 13-də yenidən idarədə dindiriləcək.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

----------

14:57

Rüfət Səfərov bu gün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Rüfət Səfərovun vəkili Bəhruz Bayramov lent.az-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin Korrupsiyaya  Qarşı Mübarizə Baş İdarəsinə çağırılması normal haldır: "Rüfət barəsində istintaq hərəkətləri aparılır, onun istintaqa çağırılması normaldır".

Vəkil onu da qeyd edib ki, Rüfət Səfərovun müdafiəsindən imtina edə bilməz:  "Mənim elə bir hüququm yoxdur. Yalnız R. Səfərov müdafiəçisindən imtina edə bilər"

Qeyd edək ki, Rüfət Səfərov sosial şəbəkələr vasitəsi ilə bildirib ki, vəkili Bəhruz Bayramov onun müdafiəsindən imtina edir.    

----------

13:19

Rüşvət almaqda təqsirləndirilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə R.Səfərov məlumat verib. O bildirib ki, ev dustaqlığı barədə haqqında çıxarılmış qərar yenidən həbs qəti imkan tədbirinə dəyişdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.