Ölkə

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

12 Fevral 2016 13:11
4 Şərh     Baxış: 2 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilin yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2% bahalaşıb. 

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) deyilib. 

"Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% bahalaşıb. 

Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri bahalaşıb", - deyə komitədən qeyd edilib. 

DSK-dan həmçinin bildirilib ki, digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

"Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - deyə DSK-dan qeyd edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.