Ölkə

Məhkəmə nazir müavininin vəkilinin istəyini qəbul etdi

12 Fevral 2016 13:07
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az Report-a istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M.Səlimovun hüquqlarını müdafiə edən vəkil vəsatlə çıxış edib.
O bildirib ki, ittiham aktında M.Səlimovun 1 milyon manat pul mənimsədiyi göstərilib: "Lakin faktlarla açıqlamada həmin məbləğ 800 min manat və s. göstərilib. Burada riyazi rəqəmlərlə düzgün qeyd edilməydiyi üçün geniş vəsatət hazırlayacam".

Vəkil məhkəmədən xahiş edirəm ki, ona vəsatət hazırlanması üçün vaxt verilməsi barədə vəsatət qaldırıb. Onun vəsatəti təmin edilib.
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.