Ölkə

Tükürpədici hadisə: Kimsəsiz hesab edilən uşağı anası özü küçəyə atıbmış - YENİLƏNİB - FOTO

12 Fevral 2016 13:40
31 Şərh     Baxış: 10 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:40

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a verilən məlumata görə, əvvəla tapılan qız yox, oğlan uşağı olub və uşağın valideyni tapılaraq ona təhvil verilib:

"Ötən gecə Bakının Xətai rayonunda vətəndaşlar tərəfindən küçədə ağlaya-ağlaya dolaşan azyaşlı oğlan uşağı tapılıb. Uşaq 37-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırmalar zamanı uşağın 2 yaşlı Məmmədov Yusif olduğu məlum olub. Polisin gördüyü operativ tədbirlər nəticəsində uşağın anası da tapılıb. Məlum olub ki, bu, 1981-ci ildə Qazax rayonunda anadan olmuş, hazırda Şəki şəhərində qeydiyyatda olan, hazırda Bakıda həmin ərazidə yataqxanada yaşayan Məmmədova İlhamə Tofiq qızıdır. Uşaq anasına təhvil verilib".

Lakin şöbə rəisinin sözlərinə görə, araşdırma zamanı maraqlı faktlar ortaya çıxıb: "Araşdırma zamanı məlum olub ki, bufetçi işləyən İlhamə Məmmədovanın Yusifdən başqa daha bir oğlu var. Lakin İ.Məmmədova imkansız olduğundan 7 yaşlı böyük övladını internatda yerləşdirib. 2 yaşlı Yusifə gəlincə isə, atası ondan imtina etdiyinə görə sənədində uşağın atası yerinə babası Tofiqin adı yazılıb. Uşağına lazımınca baxa bilməyən qadın kiçik oğlunu imkanlı şəxslərə övladlığa vermək istəyib. Hətta onu övladlığa götürmək istəyənlər də tapılıblar. Lakin polis orqanları ona övladlığa götürmə məsələsində qanunvericiliyin tələblərinə əməl etməsini tövsiyə ediblər. Bundan sonra ötən gecə ana özü 2 yaşlı övladını küçəyə buraxıb ki, kimsə bir imkanlı şəxs onu tapıb övladlığa götürsün. Lakin Y.Məmmədov polislər tərəfindən anasına təhvil veriləndən sonra, görünür, analıq hissi yenidən baş qaldırdığından İlhamə Məmədova ərizə yazaraq artıq onu övladlığa vermək fikrindən daşındığını və bundan sonra oğlunun tərbiyəsi ilə özü məşğul olacağını bildirib".

---------

11:33

Fevralın 11-dən 12-nə keçən gecə Bakıda küçədən azyaşlı qız uşağı tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Xətai rayonu ərazisində, Qara Şəhər adlanan yerdə ağlaya-ağlaya dolaşan 4-5 yaşlı qız yaxınlıqdan keçən şəxslərin diqqətini çəkib. Onlar öyrəniblər ki, qız küçədə azıb və ya atılıb. Daha sonra azyaşlı  Xətai rayonu 27-ci Polis Bölməsinə aparılıb və onun ailəsinin axtarışlarına başlanılıb.
 
Bölmədən verilən məlumata görə, azyaşlı qızın valideynləri hələ ki, tapılmayıb.   

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.