Ölkə

Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı

12 Fevral 2016 10:58
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Milli.Az bildirir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildirlər. Nazirliyin aparatının rəhbəri Namiq Süleymanov, Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov, İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Ümumi şöbənin müdiri Lalə Həsənova, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən Fikrət Şirinov Şuranın üzvü təyin edilib.
 
Bundan başqa, Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Mayis Piriyev, üzvləri ümumi şöbənin sektor müdiri Zemfira İsmayılova və Hüquq şöbəsinin baş məsləhətçisi Elçin Nəcəfov təyin ediliblər.
 
Apelyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında - Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.