Ölkə

Vədə əməl edilmədi, qadağa aradan qaldırılmadı

12 Fevral 2016 09:37
0 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsində və Niyazi küçəsində aparılan təmir işləri vəd edildiyindən uzun çəkəsi olub.

Milli.Az xəbər verir ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinə cəmi 2 gün, yəni fevralın 10-11-i tarixlərində qadağa qoyulacağı bildirilsə də, vəd edildiyinin əksinə olaraq, məhdudiyyət aradan qaldırılmayıb.

Hələlik təmir işlərinin nə vaxt bitəcəyi və nəqliyyatın hərəkətinə qoyulan qadağanın nə zaman qalxacağı məlum deyil.

Xatırladaq ki, elan edilmişdi ki, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq Şeyx Şamil küçəsindən sola dönərək İstiqlaliyyət küçəsi ilə avtomobillərin hərəkətinə fevralın 10-u saat 00:00-da qadağa qoyulacaq. Bu küçədə avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 10-u səhər saat 08:00-da aradan qaldırılacaq.

Eyni zamanda sadəcə gecə saatlarında davam edəcək təmir işləri ilə əlaqədar fevralın 10-u və 11-i saat 00:00-dən etibarən Niyazi küçəsindən sağa dönərək İstiqlaliyyət küçəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilməyəcək. İstiqlaliyyət küçəsində hər iki gecə tətbiq olunacaq qadağa səhər saat 08:00-da aradan qaldırılacaq.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.