Ölkə

Nazir: "70-ə yaxın şəxsə böyrək, 22 uşağa isə sümük iliyi köçürülüb"

11 Fevral 2016 18:18
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə gedən islahatlar müvəqqəti deyil, daimi xarakter daşıyır. Bu inkişafda ölkə başçısı tərəfindən səhiyyə sektorunun üzərinə qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha səylə çalışacağıq.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə, son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib.

O.Şirəliyev bu yaxınlarda Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışı olacağını da qeyd edib.

Öz çıxışında səhiyyə naziri səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini də vurğulayıb. 200 mindən çox şəkərli diabet xəstəsinin illər boyu dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunmasını, diabetli uşaqlara adi şpris-qələm deyil, dərman insulin pompası vasitəsilə yeridildiyini, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstənin illər boyu müalicə almasının və bunun sayəsində onların ömrünün uzanmasını, ölüm göstəricisinin azalmasını və faktiki olaraq məhz buna görə də ildən-ilə belə xəstələrin sayının artmasını vurğulayıb:

"Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb. Eyni zamanda ölkədə sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb. Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya və.s inkişaf etmiş kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar".

O.Şirəliyev daha sonra yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atıldığını da qeyd edib. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.