Ölkə

Yay istirahətini Türkiyədə keçirmək istəyənlər tələsməsinlər

12 Fevral 2016 08:33
6 Şərh     Baxış: 5 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə tərəfindən təqdim olunan turpaketlərin qiymətlərində müəyyən dəyişiklik var.

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən və Rusiyadan turistlərin bu ölkəyə getməsinə qadağa qoyulmasandan sonra Türkiyədə turizm şirkətləri və otellərin təqdim etdiyi paketlərdəki qiymətlərin mövcud vəziyyətinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri tərəfindən təklif olunan qiymətlərdə, demək olar ki, ciddi endirim müşahidə olunur: "Türkiyə şirkətlərinin özləri tərəfindən təqdim olunan qiymətlərdə endirim var. Amma bu istiqamətdə işlər davam gedir. Türkiyədə bu təsiri hiss etdikcə, endirimləri davam etdirəcəklər. Çünki bu, bir günün, bir ayın işi deyil. Onlar daha çox turist cəlb etmək üçün öz qiymət siyasətində dəyişiklik etməlidirlər və bunlar mütləq olacaq".

M.Ağakərimovun sözlərinə görə, Azərbaycandan Türkiyəyə gedən tursitlərə təqdim olunan paketlərin ucuzlaşmasına "AZAL"ın Türkiyəyə, Antalyaya uçuş qiymətlərini ucuzlaşdırması da öz təsirini göstərib.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.