Ölkə

Qadınlar üçün bəd xəbər - FOTO

11 Fevral 2016 14:22
26 Şərh     Baxış: 17 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın bezlərinin qiyməti qalxdı

Bakı sakini olan bir xanım Milli.Az-a məktub yazaraq şəhərdəki ticarət obyektlərində qadın bezlərinin birdən-birə iki dəfə bahalaşmasından şikayət edib:

"Salam. Bunu sizə utana-utana yaziram, ancaq deməliyəm. Əvvəl 1 manat 20 qəpiyə olan qadın bezini metronun "Xalqlar dostlugu" stansiyası yaxınlığındakı "Grandmart"da 2 manat 30 qəpiyə aldım. Əgər devalyasiya 50 faizdirsə, artım niyə demək olar ki, 100 faiz olub? Halbuki həmin bez "Bazarstore"da 1manat 80 qəpiyə satılır. Sonra həmin şirkətə zəng eləyib səbəbini soruşdum. Mənə dedilər ki, firma malı hər marketə fərqli qiymətlərə satır".

Eyni şikayətlə daha bir neçə qadın müraciət edib. Onların sözlərinə görə, qadınların gigiyenası üçün vacib olan bu məhsula tələbatın çoxluğunu bilib bilərəkdən belə addımı atmaq düzgün deyil.

Mütəxəssislər isə hesab edirl'r ki, tanınmış qadın bezləri markalarının qiymətlərinin qaldırılması bəzilərini daha ucuz və təbii ki, keyfiyyətcə aşağı olan qadın bezləri almağa sövq edə bilər ki, bu da təhlükəlidir. Çünki keyfiyyətsiz bezlər qadınların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Zərif Nisə
Milli.Az


 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.