Ölkə

Bakı yollarında sıxlıq var

11 Fevral 2016 09:34
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NİİM-dən Milli.Az-a verilən məlumata görə, fevralın 11-də səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Belə ki, hazırda Bakının əsasən İstiqlaliyyət, Niyazi, 28 May, Şah İsmayıl Xətai, İlqar Musayev, General Səmədbəy Mehmandarov küçələrində və Böyükşor şossesində sıxlıq yaşanır

Qeyd edək ki, bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirilir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır. Su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq. Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.

Bundan əlavə, hazırda Ceyhun Səlimov küçəsinin Hərbi hospitalın qarşısından 3-cü mkr dairəsinədək hissəsi orada yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlıdır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.