Ölkə

Ərəb şeyxləri Bakını alırlar?

11 Fevral 2016 09:09
6 Şərh     Baxış: 11 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.

Bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. Şərti adı İlhamə Hüseynova və onun kimi bir neçə Nərimanov rayon sakininə 31 saylı "jek"dən adı çəkilməyən məsul şəxslər bildiriblər ki, artıq onlar "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.

Təhməz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.