Ölkə

Bakının qaranlıq küçələrindən xəbərsiz meriya

10 Fevral 2016 17:41
2 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki həftədən artıq müddətdir ki, paytaxtın bəzi küçə və prospektlərində, eləcə də qəsəbə yollarında işıqlar söndürülür. Sürücülər və piyadalar isə yaranmış vəziyyətdən narazılıq edirlər. Havanın tez qaraldığını nəzərə alsaq, məsələyə biganə qalmayan vətəndaşların narahatlığını anlamaq elə də çətin deyil.

Bəs rəsmi qurumlar nə deyir ?

Milli.Az bildirir ki, Bakının elektrik enerjisi ilə təminatına cavabdeh olan "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev modern.az saytına təmsil etdiyi qurum tərəfindən hər hansı problem yaradılmadığını deyib:

"Biz elektrik enerjisini həmişəki qaydada veririk. Söhbət küçələrin işıqlandırılmasından gedirsə, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. Yəni, bizim tərəfimizdən elektrik enerjisi verilişində heç bir problem yoxdur".

Bu açıqlamadan sonra biz də məsələylə əlaqədar birbaşa aidiyyəti olan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əlaqə nömrəsinə zəng edirik. Nailə Məmmədova həmişəki ampluasına uyğun olaraq, telefona cavab vermir.

Bu dəfə icra başçısı Hacıbala Abutalıbovun şəxsi nömrəsinə israrlı mesajlardan sonra zəng edirik. Telefona köməkçisi cavab verir. Məsələni qeyd etdikdən sonra qarşı tərəfin cavabı belə olur:

"Bakının heç bir küçə və prospektində işıqlar söndürülmür. Onu kim deyirsə, yalan ittihamlar səsləndirir".

Özünü təqdim etməyən köməkçiyə ünvanladığımız "Siz Bakıda yaşamırsınızmı" sualına "Əlbəttə, Bakıdayam, yoxsa sizinlə necə danışaram" cavabını alırıq.

Və əlavə edir: "Əgər siz belə bir problemlə qarşılaşmısınızsa, rəsmi müraciət edin, araşdıraq. Amma indiyədək Bakı Şəhər İcra Hakimiyyətinə gecə vaxtı küçələrdə işıqların söndürülməsilə bağlı şikayət daxil olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.