Ölkə

Arif Alışanov şairi müavin təyin etdi

10 Fevral 2016 15:56
0 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaracaya Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində vəzifə verilib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, o, kanalın rəhbəri Arif Alışanovun müvafiq əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı təsdiqləyib.

Məlumat üçün bildirək ki, B.Qaraca bundan əvvəl "Azərbaycan" qəzetində çalışırdı. Qəzetdən əvvəl isə telejurnalist uzun illər AzTV-də çalışıb.

Onu da bildirək ki, bir müddət əvvəl mətbuatda A.Alışanovun 2006-2009-cu illərdə işdən qovduğu baş redaktorları geri qaytarması ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, bir vaxtlar Gənclik Proqramları redaksiyasından uzaqlaşdırılan şair Bəxtiyar Qaraca da ötən ilin sonunda Arif Alışanovla görüşüb və onun yenidən televiziyaya qaytarılması ilə bağlı müzakirələr aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.