Ölkə

Azərbaycanda vergi amnistiyası baş tuta bilər

10 Fevral 2016 15:33
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda vergi amnistiyası tətbiq edilməlidir. Rusiyada artıq bu, tətbiq edilib və bunun nəticələrini gözləmək də olar, gözləməmək də. Lakin biz də bunu tətbiq etməliyik.

Milli.Az report-a istinadən bildirir ki, bunu Bakıda keçirilən vergi forumunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov deyib.

N.Kərimov qeyd edib ki, ölkədə sabit vergi dərəcələri tətbiq edilməlidir: "Əgər amnistiya tətbiq edilərsə, azərbaycanlı sahibkarlar xaricdə olan pullarını geri qaytarar. Ukrayna və Rusiyada sabit vergi dərəcələri tətbiq ediləndən sonra büdcə daxilolmaları artıb".

N.Kərimov təklif edib ki, Vergilər Nazirliyinə sosial sığorta haqlarının yığılmasını tapşırmaq lazımdır: "Bu, mənim subyektiv fikrimdir ki, sosial sığorta haqlarının yığılması Vergilər Nazirliyinə tapşırılmalıdır".

AmCham təmsilçisinin ƏDV-si ödənilmiş mallar ölkədən çıxarılan zaman həmin verginin geri qaytarılması ilə bağlı təklifə cavab olaraq vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, ötən il ərzində bu qaydada 2,190 mlrd. manat həcmində ƏDV geri ödənilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.