Ölkə

Komissiya sədrinin qətlə yetirilən oğlu ilə bağlı çox maraqlı FAKTLAR - FOTO

10 Fevral 2016 13:28
2 Şərh     Baxış: 4 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seçki Komissiyası sədrinin qətlə yetirilən oğlu ilə bağlı yeni məlumatlar üzə çıxıb

Qətlə yetirən gənc oğlan ailə qurmaq üçün üçün qız axtarırmış.

Milli.Az xəbər verir ki, yanvarın 7-də Fərid Abbasov adlı şəxsin üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyidi kirayədə yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə tapılıb.

Məlum olub ki, qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az xəbər verir ki, bu arada mərhum F.Abbasovla bağlı maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, onun fotoşəkli ilə bir müddət əvvəl müxtəlif saytlarda ailə qurmaq üçün qız tapmaq məqsədi ilə elanlar yerləşdirilib. Lakin verilən elanlarda eyni mobil telefon nömrəsi və elektron poçt ünvanı yazılsa da, hər dəfə başqa ad və boy ölçüsü göstərilib.

Onlardan ötən ilin dekabrın 9-da yerləşdirilmiş elanın mətni belədir:

"Ciddi nikahla ömürlük ailə qurmaq üçün 17-20 yaşında, arıq uzun, ağ, yaxud ağ-sarışın, yaraşıqlı, rusabənzər metiska da olar, tərbiyəli, təmiz, kasıb qız axtarıram. Başqaları və imkanlılar kənara. Ali təhsilliyəm, öz evim var, cehiz istəmirəm, bütün hamısını təzə almışam. Heç vaxt spirtli içki içmirəm, ziyalı ailədənəm. Yaraşıqlı ağ-sarışın, tünd-göygöz, təmiz niyyətli oğlanam".

Eyni telefon nömrəsi və email-lə verilən elanlardan ən sonuncusundan isə məlum olur ki, oğlan Naxçıvan MR, Şərur rayonundan olan 26 noyabr 1995-ci təvəllüdlü Əfsanə adlı bir qızın axtarışındadır. Hətta Əfasanənin tapılmasına vasitəçilik edən şəxsə 700 manat məbləğində mükafatın veriləcəyi də vəd olunur.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.