Ölkə

Milli Məclis korrupsiya ilə mübarizə sahəsində nə edir?

11 Fevral 2016 21:04
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində korrupsiya ilə mübarizəyə dair hər hansı qanunvericilik aktının müzakirəsi aparılmır.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə məlumat verib.

Bununla belə Komitə sədrinin müavini parlamentdə korrupsiya mübarizə sahəsində yeni qanunların qəbul ediləcəyini istisna etməyib:

"Komitənin adının dəyişdirilərək "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi" adlandırılması ilk növbədə ondan irəli gəldi ki, bu gün korrupsiya ilə mübarizə artıq milli təhlükəsizliyin də bir istiqaməti sayılır. Bu baxımdan bu istiqamətdəki qanunvericlik də bizim komitənin səlahiyyətinə aiddir. Lakin hazırda komitədə korrupsiya ilə mübarizə sahəsində hər hansı qanun layihəsi üzərində iş getmir. Amma ümumən zamanı gəldikdə həm yeni qanunların qəbulu, həm də müvafiq mövcud qanunlarda dəyişikliklərin edilməsi gözləniləndir".

Qeyd edək ki, ötən ilədək bu komitənin adı "Təhlükəsizlik və müdafiə komitəsi" olub. Milli Məclisə 5-cı çağırış seçkilərdən sonra parlamentdə komitələrin sayı, adı və tərkibi ilə bağlı bir sıra dəyişiklər edilib və sözügedən komitənin də fəaliyyət sahəsinin əhatəsi genişləndirilməklə adında dəyişiklik edilib və "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi" adlandırılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi son müşavirələrdə ölkədə korrupsiya, rüşvətxorluq və inhisarçılıqla mübarizənin gücləndirilməsinə dair müvafiq qurumlar qarşısında bir sıra tapşırıqlar qoyub.

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.